29 iyul 2026 12:21
102

İran Omanın Hörmüz boğazının birgə idarə olunması planını rədd edib

İran Omanın iki dövlətin bu dəniz yolunu birgə idarə etməsini və gəmi sahiblərindən tranzit üçün könüllü ödənişlərin toplanmasını nəzərdə tutan Hörmüz boğazında gəmiçiliyin normallaşdırılması planından imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Omanın bu planı Fars körfəzi ölkələri tərəfindən dəstəklənmişdi. Nümunə kimi İndoneziya, Malayziya və Sinqapurun əməliyyat xərclərini maliyyələşdirmək üçün gəmi sahiblərinin könüllü ödənişlərinə nəzarət etdiyi Malakka boğazı vasitəsilə tranzit modelindən istifadə olunması təklif edilirdi. Lakin Tehran nəzarətin bərabər bölgüsü ilə razılaşmayıb.

"Reuters" həmçinin qeyd edir ki, ABŞ-ın Hörmüz boğazı ilə bağlı mövqeyi tranzit üçün hər hansı rüsum və yığımların olmamasından ibarətdir. Agentliyin məlumatına görə, Vaşinqtonun Tehrana münaqişənin tənzimlənməsi üçün təklif etdiyi variantlar tranzit rüsumlarının tutulması imkanını istisna edir.