29 iyul 2026 12:54
88

Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarını bloklayıb

Macarıstan Avropa İttifaqı Şurasının Genişlənmə üzrə İşçi Qrupunun (COELA) texniki məsləhətləşmələri zamanı Ukraynanın Aİ-yə üzvlük danışıqlarının ikinci və üçüncü klasterlərinin açılmasını bloklayıb.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Financial Times" qəzeti məlumat yayıb.

Aİ-yə qəbul üzrə 33 bölməni birşləşdirən 6 danışıqlar klasterinin hər biri üzrə prosesin başlaması üçün 27 üzv ölkənin yekdil razılığı tələb olunur. Budapeştin bu qərarı vahid daxili bazara inteqrasiya, eləcə də iqtisadi və sosial siyasətin genişləndirilməsi ilə bağlı danışıqlar mərhələsinə şamil olunur.

Avropa rəsmilərinin fikrincə, prosesin irəliləməsi üçün Budapeştlə münasibətdə əlavə «siyasi səylər» tələb olunacaq. Budapeşt rəsmiləri isə vurğulayırlar ki, Kiyevin ittifaqa sürətləndirilmiş qaydada qəbul edilməsi cəhdləri yolverilməzdir və Ukraynaya münasibət Balkan regionundakı digər namizəd ölkələrdən daha imtiyazlı olmamalıdır.