29 iyul 2026 23:47
109

BMT İraqa hücumdan sonra eskalasiya riski barədə xəbərdarlıq edib

Səudiyyə Ərəbistanının ABŞ ilə birgə İraqa endirdiyi zərbələr hadisələrin arzuolunmaz inkişafı və Yaxın Şərqdə vəziyyətin daha da pisləşməsinə gətirib çıxara bilər.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bildirib.

"Biz bu münaqişənin yenidən hər hansı bir şəkildə genişlənməsini görmək istəmirik. Hərbi əməliyyatların daha çox ölkəyə yayılması hadisələrin arzuolunmaz inkişafıdır", - o, brifinqdə bildirib.

Haq əlavə edib ki, BMT Baş katibi tərəfləri hərbi əməliyyatları dayandırmağa, Pakistan, Qətər və digər ölkələrin vasitəçilik təşəbbüsləri də daxil olmaqla, diplomatik səylərə qayıtmağa çağırır.