Türkiyə NATO-nun Baltikyanı ölkələrin hava məkanının mühafizəsi missiyası (Baltic Air Policing) çərçivəsində Estoniyaya 5 ədəd F-16 qırıcı təyyarəsi yerləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Missiya 2026-cı il avqustun 1-dən noyabrın 30-dək davam edəcək.
«NATO-nun Baltikyanı ölkələrin hava məkanının gücləndirilmiş mühafizəsi missiyası çərçivəsində 1 avqust – 30 noyabr 2026-cı il tarixləri arasında 5 ədəd F-16 qırıcı təyyarəmiz və heyətimizin Estoniyanın Amari aviasiya bazasına yerləşdirilməsi prosesi başa çatdırılıb», — deyə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.