31 iyul 2026 23:28
106

İnfantino göndərilir?

FİFA prezidenti Canni İnfantino təşkilatdakı əksər rəsmilərin dəstəyini itirib və vəzifəsindən uzaqlaşdırılmağa yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə jurnalist Romen Molina sosial şəbəkə hesabında paylaşım edib.

Mənbənin məlumatına görə, FİFA daxilində İnfantinonun ABŞ prezidenti Donald Trampa qeyd-şərtsiz siyasi dəstək verməsindən, həmçinin qərarları heç kimə hesabat vermədən təkbaşına qəbul etdiyi idarəetmə üslubundan narazılıq var.

FİFA daha əvvəl dəyəri 20 milyard dollar olan törəmə şirkətin yaradılmasını nəzərdə tutan layihənin konsepsiyasını açıqlamışdı. Layihəyə əsasən, şirkətin dörddəbir hissəsinin 4,2 milyard dollara özəl investorlara satılması planlaşdırılır.

Bildirilib ki, milli federasiyalara ödənişlərin növbəti dördillik dövr üçün 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 milyon və 24 milyon dollara çatdırılması nəzərdə tutulur.

Qeyd olunub ki, layihənin başlanması barədə qərar federasiyaların əksəriyyəti tərəfindən qəbul edilməli, həmçinin FİFA Şurasının təsdiqini almalıdır.