31 iyul 2026 23:56
98

"Şamaxı" yarımmüdafiəçi transfer etdi

“Şamaxı” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.

“İki sahil” xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi cinah yarımmüdafiəçisi Ayman Boualini heyətinə qatıb. 26 yaşlı mərakeşli futbolçu ilə bir illik müqavilə imzalanıb.

Boualinin son klubu Bİrləşmiş Ərəb Əmirliklərinin “Al Dhaid” klubu olub.