Fransanın Baş naziri Sebastyən Lökornü ölkəni bürüyən meşə yanğınlarının nəzarət altına alındığını bildirib.
“İki sahil” xəbər verir ki, o "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə ölkənin Jirond departamentində baş vermiş yanğınlara xüsusi toxunub. Baş nazir bu ərazidə yanğınların çətinliklə nəzarət altına alındığını vurğulayıb.
Sebastyən Lökornü hazırda ölkə üzrə yanğınlarla bağlı vəziyyətin sabit olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Avropada, xüsusilə də İspaniya və Fransada meşə yanğınları bu il rekord həddə çatıb.