02 avqust 2026 17:59
125

Azərbaycanın U-18 basketbol millisi Avropa çempionatını 16-cı pillədə başa vurub

Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət millisi Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda sonuncu oyununu keçirib.

“İki sahil” xəbər verir ki, yığma 15-16-cı yerlər uğrunda görüşdə İslandiya seçməsinə 73:91 hesabı ilə məğlub olub.

Beləliklə, komanda Avropa çempionatını 22 komanda arasında 16-cı olaraq tamamlayıb.