Macarıstanda keçirilən və Avropanın ən böyük psixodelik trans musiqisi festivallarından biri hesab olunan Ozora festivalının təşkilatçıları tədbir zamanı baş verən iki ölüm hadisəsindən sonra bazar günü gecə saat 00:00-dan etibarən bütün konsert proqramlarını dayandırmaq qərarına gəliblər.
“İki sahil” xəbər verir ki, bu barədə festival təşkilatçıları sosial media səhifəsində məlumat veriblər.
Avqustun 1-də əvvəlcə Macarıstan vətəndaşı olan 39 yaşlı qadın qəfil ürək tutmasından vəfat edib. Həkimlərin reanimasiya cəhdləri nəticə verməyib. Daha sonra ABŞ vətəndaşı olan 45 yaşlı kişi intihar məqsədilə dekorativ konstruksiyalardan birinə qalxıb və oradan yıxılaraq həyatını itirib.
“Baş vermiş bu faciəvi hadisələri nəzərə alaraq, bu gecə saat 00:00-dan etibarən bütün musiqi proqramları dayandırılacaq”, – deyə təşkilatçılar bəyanatda bildiriblər.
İyulun 24-dən Macarıstanın mərkəzində yerləşən Dadpuşta qəsəbəsində keçirilən Ozora festivalı bazar günü son tam proqram gününü yaşayırdı. Son konsertlərin bazar ertəsi səhər saatlarınadək davam etməsi planlaşdırılırdı.
Macarıstanda cümə axşamından etibarən güclü istilərlə bağlı ən yüksək xəbərdarlıq səviyyəsi qüvvədədir. Həftəsonu ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyədək yüksəlib.
Süni intellekt bazarının çökməsi bütün ABŞ iqtisadiyyatına ciddi ziyan vura bilər
Kanadada bort bələdçiləri əməkhaqqına görə tətil edir, yüzlərlə reys ləğv olunub