02 avqust 2026 18:45
92

İsrailin Livana endirdiyi zərbə nəticəsində hərbçilər yaralanıb

Livan ordusunun beş hərbçisi İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində yaralanıb.

“İki sahil”in "Al Jazeera"ya istinadən verdiyi məlumata görə, bu barədə Livan Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbə Bint-Cubayl şəhərinə endirilib. Hədəf hərbçilərin müşayiəti ilə hərəkət edən mülki avtomobil olub.

Telekanal qeyd edir ki, Livan Ordusu İsrail ilə "Hizbullah" arasındakı münaqişədə iştirak etmir. Buna baxmayaraq, hərbçilər vaxtaşırı atəşə məruz qalırlar.