UEFA Avropa Liqasının II təsnifat mərhələsinin MOİK (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnən "Qarabağ"ın futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.
Klubdan “İki sahil”ə verilən məlumata görə, isveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb.
Onun 8 həftə sonra meydançaya qayıtması gözlənilir.