03 avqust 2026 09:07
100

ABŞ qoşunları Küveyt və Bəhreyndən çıxır?

ABŞ Prezidenti Donald Tramp Amerika qoşunlarının Küveyt və Bəhreyndən mümkün çıxarılması ilə bağlı xəbərlərin şərhindən imtina edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri prezident təyyarəsinin göyərtəsində jurnalistlərə bildirib.

"Mən bunu şərh etmək istəmirəm", - Tramp deyib.

Qeyd edək ki, daha əvvəl "The Wall Street Journal" qəzeti mənbələrə istinadən Vaşinqtonun Yaxın Şərqdəki hərbi iştirakına yenidən baxmağa başladığını xəbər vermişdi. Nəşrin məlumatına görə, Pentaqon İraq, Küveyt, İordaniya və Səudiyyə Ərəbistanından səkkiz "Patriot" zenit-raket kompleksi batareyasını çıxarır. Onlarla birlikdə bu sistemlərə xidmət edən yüzlərlə hərbi qulluqçunun da ABŞ-yə qayıdacağı gözlənilir.

Bundan başqa, "Associated Press" agentliyi peyk görüntülərinə istinadən daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin Bəhreyndəki hərbi dəniz bazasını tərk etdiyini xəbər vermişdi.