Kubanın «Unión Eléctrica» (UNE) milli elektrik enerjisi şirkəti ölkənin bütün elektrik sisteminin tamamilə sıradan çıxdığını elan edib.

“İki sahil” xəbər verir ki, şirkətin «X» sosial şəbəkəsində verdiyi məlumata görə, analoji hadisə bazar günü yerli vaxtla saat 22:43-də qeydə alınıb.
Bundan əvvəl isə paytaxt Havanada və ölkənin daha dörd əyalətində elektrik enerjisinin verilişi kəsilmişdi.