Kimliyi məlum olmayan hakerlər Lixtenşteynin hökumət məlumat bazasına daxil olaraq şirkət, fond və trastların təxminən 31 min nümayəndəsi haqqında məlumatları ələ keçiriblər. Hakimiyyət orqanları bildirib ki, həmin reyestr pulların yuyulmasının qarşısını almaq məqsədilə yaradılmışdı.
“İki sahil” xəbər verir ki, bu barədə «Die Zeit» qəzeti məlumat verib
2021-ci ildə yaradılmış «Bbenefisiar mülkiyyətçilərin reyestri»nə kiberhücum iyulun 31-nə keçən gecə həyata keçirilib.
Lakin hücumla bağlı məlumatı hakimiyyət rəsmən yalnız avqustun 2-də təsdiqləyib və xüsusi qərargahın yaradıldığını elan edib. «DPA» agentliyinin xəbərinə görə, qərargaha Baş nazir Brijit Haas və ədliyyə naziri Emanuel Şedler rəhbərlik edirlər.
Ölkə rəhbərliyi hazırda hakerlər tərəfindən ələ keçirilmiş reyestrdəki məlumatların zədələndiyini və ya dəyişdirildiyini təsdiqləyən heç bir sübutun olmadığını bildirib. Hakerlərin bu və ya digər şirkətlərin arxasında duran şəxslər haqqında məlumatları nə üçün əldə etmək istədikləri və hücumda kimlərin əli olduğu hələ ki müəyyən edilməyib.