Pentaqon İrana təzyiqi gücləndirmək üçün «kreativ və qeyri-ənənəvi» yollar axtarır.
“İki sahil” xəbər verir ki, bu barədə «CNN» telekanalı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) kəşfiyyat üzrə yüksəkrütbəli nümayəndəsinin bir qrup hərbi analitikə göndərdiyi məktuba istinadən məlumat verib.
"Biz İrana təzyiq göstərmək və onu cəzalandırmaq üçün yeni, kreativ və qeyri-ənənəvi variantlar axtarırıq", — deyə müraciətdə bildirilir.
Telekanalın məlumatına görə, məktub iyulun 29-da göndərilib. CNN-in mənbələri iddia edir ki, ənənəvi təsir imkanları tükənə biləcəyi üçün CENTCOM strategiyasını gözlədən keçirir. Bununla belə, həmsöhbətlərdən biri ABŞ Prezidenti Donald Trampın yekunda saziş bağlamaqda maraqlı olduğunu qeyd edib.
Bundan əvvəl "The Wall Street Journal" qəzeti CENTCOM rəhbəri admiral Bred Kuperin İrana qarşı iki həftəlik əməliyyat planı hazırladığını xəbər vermişdi.
İtaliyanın keçmiş Baş nazirindən iddia: Seutadakı hadisələr qəsdən təşkil olunub