03 avqust 2026 11:47
106

Hindistanın Assam ştatında daşqın qurbanlarının sayı 85-ə çatıb

Hindistanın Assam ştatında musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində həlak olanların sayı 85 nəfərə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının məlumatlarına istinadla "Deccan Herald" qəzeti xəbər verib.

Nəşrin məlumatına görə, son sutka ərzində daha üç nəfər həyatını itirib.

Hazırda təbii fəlakətdən ştatın beş dairəsində yaşayan təxminən 135 min sakin əziyyət çəkir.

Ən kritik vəziyyət Sibsaqar dairəsində qeydə alınıb. Burada 335 kənd su altında qalıb, 55 mindən çox insan zərər çəkib və 15,4 min hektar kənd təsərrüfatı torpağı yararsız hala düşüb.