Paytaxtın Xətai rayonu Əhmədli qəsəbəsində torpaq uçqunu olub.
“İki sahil” xəbər verir ki, hadisə Gəncə prospektində yeni tikilmiş binalardan birinin yaxınlığında baş verib.
Təpəlik ərazidən uçan torpaq qatı orada park edilmiş avtomobillərin üzərinə düşüb. Nəticədə, bir neçə maşına zərər dəyib.