Bu gün Bakının Xətai rayonunun bir sıra küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 11:30-dan etibarən Xətai rayonunun M. Hadi, X. Məmmədov, K. Kərimov və Cavanşir küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranıb.
Qazın verilməsi yaxın saatlarda bərpa olunacaq.
“Bakının Nizami rayonunda müharibə veteranları ilə iş” layihəsinə start verilib