03 avqust 2026 10:28
117

Agent ticarətinə etimadın formalaşdırılması: “Mastercard Signals” hesabatı gələcək inkişaf yollarını araşdırır


 
Mastercardın ən son “Signals” hesabatı dəqiq razılıq, istifadəçi nəzarəti və hesabatlılıq şərtləri nəzərə alınmaqla, süni intellekt agentlərinin istehlakçılar və biznes subyektləri adından fəaliyyət göstərməsi üçün nələrin tələb olunacağını araşdırır.
“İki sahil” xəbər verir ki,  istehlakçılar süni intellekt dəstəyi ilə məhsul və xidmətlərin araşdırılmasını müsbət qarşılasa da, onların yalnız 10%-i agentin alış-verişi tamamilə sərbəst şəkildə tamamlamasına razıdır. Hesabat etibarlı agent ticarəti üçün yoxlanıla bilən niyyət, agentin identifikasiyası və dəqiq icazə çərçivələri kimi əsas elementləri müəyyən edir.
 
Bakı, Azərbaycan - Avqust 2026-cı il - Mastercardın “Signals” silsiləsindən “Encoding Trust: The Race for Intent, Consent and Control in the Agentic World” adlı hesabatı süni intellekt agentlərinin axtarış və tövsiyə verməkdən istehlakçıların və biznes subyektlərinin adından qərarlar qəbul etməyə və əməliyyatlar aparmağa keçid etdiyi bir dövrdə agent əsaslı ticarətin (agent ticarətinin) üçün nələrin tələb olunacağını araşdırır.
Bu sahənin potensialı böyükdür. Proqnozlara görə, 2030-cu ilə qədər agent dəstəkli istehlakçı xərclərinin həcmi 3-5 trilyon dollara çatacaq, B2B seqmentində xərclərin isə potensial olaraq bunu üç dəfə üstələyəcəyi gözlənilir. Hesabat göstərir ki, artımı təkcə avtonomluq deyil, həm də insanların məlumatlı olmasını və vəziyyətə nəzarəti əllərində saxlamasını təmin etməklə, gündəlik qərarların qəbulunu asanlaşdıran faydalı istifadəçi təcrübələri şərtləndirəcək. 
Dəstəkdən avtonomluğa doğru
Agent ticarəti qərarları dəstəkləyən süni intellektdən əvvəlcədən müəyyən edilmiş şərtlər çərçivəsində hərəkət edə bilən süni intellektə keçidi əks etdirir. İstehlakçılar üçün bu, gündəlik tapşırıqlara daha az vaxt sərf edilməsi və düzgün variant axtarışında daha çox dəstək deməkdir. Araşdırmalar göstərir ki, istehlakçıların 85%-i ən yaxşı variantı tapmaq üçün süni intellekt agenti ilə işləməyə açıqdır, 74%-i onun müəyyən ticarət tapşırıqlarını öz istəkləri əsasında yerinə yetirməsinə razıdır, lakin yalnız hər on nəfərdən yalnız biri1 agentin alışı sərbəst şəkildə tamamlamasına icazə verməyə hazırdır. Beləliklə, insanlar məqsəd aydın olduqda və nəzarət öz əllərində qaldıqda bu cür işləməyə hazırdır.
Tipik ssenari sadə ola bilər: müntəzəm alışlar və ödənişlər müştərinin təyin etdiyi büdcə çərçivəsində qalır, gözlənilməz qiymət dəyişikliyi və ya abunəliyin yenilənməsi zamanı isə əməliyyat dayandırılır və müştəridən təsdiq istənilir. Rutin əməliyyatlar avtomatik icra olunur, istisnalar aydın şəkildə izah edilir, yekun qərarı isə müştəri verir. 
 
Hər əməliyyatda etimadın təmin edilməsi
Mastercardın “Signals” hesabatı agentin qərarı ilə ödənişin icrası arasında formalaşan etimad səviyyəsini təsvir edir. Ödəniş həyata keçirilməzdən bu səviyyə əməliyyatın kim tərəfindən icra edildiyini, istifadəçinin nəyə icazə verdiyini və hansı məhdudiyyətlərin tətbiq olunduğunu yoxlamağa imkan verir, eyni zamanda agentin fəaliyyətinin yoxlanıla bilən qeydini saxlayır.
Etimadın təmin edilməsi mexanizmləri bu modeldə mərkəzi rol oynaya bilər. Ödəniş məlumatlarının qorunmasından əlavə, agent tokenləri tapşırıqlarla əlaqəli səlahiyyətlərə malik ola və agent, satıcı, kateqoriyalar, xərc limiti, zaman çərçivəsi və ya istifadə qaydaları üzrə məhdudlaşdırıla bilər. Təsdiqlənə bilən niyyətlə birlikdə onlar istifadəçinin icazəsini yekun əməliyyatla yoxlanıla və tətbiq oluna bilən formada əlaqələndirə bilər.
 
Qarşılıqlı inam və məsuliyyətin möhkəmləndirilməsi
Agent ticarətinin gündəlik həyata inamla daxil olması üçün etimad lap əvvəldən istifadəçi təcrübəsinə daxil edilməlidir. İstifadəçilər agentin nə etdiyini bilməli, lazım olduqda tapşırığı dəyişdirmək və ya dayandırmaq imkanına malik olmalı, həmçinin fövqəladə halları aradan qaldırmaq üçün dəqiq fəaliyyət alqoritminə sahib olmalıdırlar. Demək olar ki, artıq hər üç istehlakçıdan biri süni intellekt agentinin onların istək və büdcəsinə uyğun olaraq nə alacağını seçməsinə hazırdır, bir şərtlə ki, ödənişlə bağlı yekun qərarı özləri təsdiq etsinlər. Bu təhlükəsizlik tədbirləri nəzarət prosesini əlavə mərhələdən xidmətin ayrılmaz hissəsinə çevirir.
Beləliklə, məsuliyyət ödəniş anından kənara çıxmış olur. Süni intellekt platformaları, banklar, satıcılar və ödəniş şəbəkələri identifikasiya, icazəvermə, məsuliyyət və mübahisələrin həlli üçün razılaşdırılmış yanaşmalara ehtiyac duyurlar. Agentlərin istifadəçilərin seçim hüququnu qorumaqla, təklifləri dəqiq qiymətləndirə bilmələri üçün satıcılar həmçinin maşın tərəfindən oxuna bilən məhsul məlumatlarına və istifadəçinin icazəsi ilə paylaşılmış seçim siqnallarına ehtiyac duyur.
 
Etibarlı səlahiyyət ötürülməsi mexanizmində Mastercardın rolu
Mastercard agent ticarətində etibarlı səlahiyyət ötürülməsi mexanizmini dəstəkləmək üçün identifikasiya, kibertəhlükəsizlik, ödəniş təhlükəsizliyi və şəbəkə analitikası sahəsindəki imkanlarını bir araya gətirir. Bu imkanlar agentlərin autentifikasiyasına, icazələrin təsdiqinə və müxtəlif platformalarda əməliyyatların təhlükəsizliyinin təmin edilməsinə kömək edə bilər.
Hesabatda belə bir nəticəyə gəlinir ki, avtonomluq ticarətin növbəti inkişaf mərhələsini müəyyən etməyəcək. Onun uğuru dəqiq icazə modellərindən, təhlükəsiz infrastrukturdan, eləcə də insanların və qurumların başa düşə, istifadə edə və etibar edə biləcəyi nəzarət mexanizmlərindən asılı olacaq.
“Mastercard Signals” hesabatının tam versiyası burada: https://view.ceros.com/mastercard-labs/encoding-trust/p/1
 
“Mastercard” haqqında
Mastercard 200-dən çox ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanların həyatını asanlaşdırır. Biz tərəfdaşlarımızla birlikdə hər kəsin rahatlığı hiss edə biləcəyi dayanıqlı bir iqtisadiyyat qururuq. Təhlükəsiz, sadə, ağıllı və əlçatan tranzaksiyalar üçün geniş çeşiddə rəqəmsal ödəniş həllərini dəstəkləyirik. Bizim texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanlara, bizneslərə və hökumətlərə öz potensiallarını maksimum reallaşdırmağa kömək edən unikal məhsul və xidmətlər dəsti təqdim edir. www.mastercard.com