03 avqust 2026 13:42
109

Zelenski onu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Rüstəm Umerovu Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə siyasi dairələrdəki məlumatlı mənbələrə istinadla "Ukrayinska pravda" nəşri xəbər verib.

Məlumata görə, Zelenski MTMŞ katibi vəzifəsini daxili işlər naziri İqor Klimenkoya təklif edib.

Bundan əvvəl «Financial Times» qəzeti yazırdı ki, Zelenski Ukraynanın keçmiş müdafiə naziri Mixail Fyodorova MTMŞ-də vəzifə təklif etsə də, o, bundan imtina edib. O, əvvəlki postuna qayıtmağa ümid edir.