Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dakı səfiri vəzifəsindən azad edib.
“İki sahil” xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.
"Stefanişina Olqa Vitalyevna Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - sənəddə deyilir.