04 avqust 2026 11:58
82

Gələn həftədən universitetlərə ixtisas seçimi başlayır

Ali təhsil müəssisələrinə avqustun 12-dən ixtisas seçimi başlayır.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ixtisas seçimi avqustun 12–19-da aparılacaq.