04 avqust 2026 14:40
100

Türkiyə-Azərbaycan Universitetində yeni tədris ili üçün 120 plan yeri ayrılıb

Türkiyə-Azərbaycan Universitetində yeni tədris ili üçün ümumilikdə 120 plan yeri ayrılıb.

“İki sahil” xəbər verir ki,  Elm və Təhsil Nazirliyindən bildirilib ki, ayrılan yerlərin 60-ı kompüter mühəndisliyi, 30-u sənaye mühəndisliyi, digər 30-u isə qida mühəndisliyi ixtisası üzrə nəzərdə tutulub.