05 avqust 2026 12:50
83

Azərbaycan idmançıları ötən ay beynəlxalq yarışlarda 206 medal qazanıblar

Azərbaycan idmançıları iyul ayında iştirak etdikləri beynəlxalq yarışlarda 206 medal qazanıblar.

“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov açıqlayıb.

Ötən ay baş tutan idman hadisələrini dəyərləndirən F.Qayıbov "Sağlam məhəllə" layihəsi çərçivəsində istifadəyə verilən idman zonalarının sayının 26-ya çatmasını da idmanın kütləviliyi yolunda mühüm göstərici adlandırıb.

Nazir əlavə edib ki, uğurlu ev sahibliyi ənənəsi bu dəfə "Dünyanın İdman Paytaxtı" olan Bakıda güləş üzrə U-17 dünya çempionatının təşkili ilə davam etdirilib.