05 avqust 2026 13:48
112

Bakı Futbol Federasiyası Təşkilat Komitəsinin məlumatı


“Sabahın Ulduzları” U-15 yaş qrupunda keçirilən oyunlar Azərbaycanda baş tutacaq  FIFA U-15 Dünya çempionatı və Festivalında iştirak edəcək Azərbaycan milli komandasına futbolçu seçimləri və seleksiya xarakteri daşıyır. Bu yarışlarda FIFA-nın qərarına əsasən 2011/2012-ci il təvəllüdlü futbolçuların iştirakı nəzərdə tutulub.
“Şəfa” FK-nın heyətində 2011-ci təvvəllüdlü futbolçuların olmadığını və klub akademiyasının yeni formalaşdığını nəzərə alaraq “Şəfa” FK-nın müraciətinə əsasən komandanın “Sabahın Ulduzları” yarışlarında iştirakının dayandırılması ilə bağlı qərar qəbul edilib.
U-15 yaş qrupunda yarışlara  "Şəfa" FK-nın əvəzinə "Rekord" komandası buraxılıb.