05 avqust 2026 23:05
104

Portuqaliya polisi beş tona yaxın kokain ələ keçirib

Portuqaliyada hüquq mühafizə orqanlarının əməkdaşları ölkənin sahilləri yaxınlığında konteyner daşıyan gəmidə təxminən beş ton kokain aşkarlayaraq müsadirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə RTP teleradio şirkəti xəbər yayıb.

Əməliyyatın gedişində 3 xarici vətəndaş saxlanılıb.

"Məhkəmə Polisi və Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Milli Bölmə Portuqaliyanın Hərbi Dəniz və Hərbi Hava Qüvvələri ilə sıx koordinasiya və əməkdaşlıq şəraitində əməliyyat keçirib. Əməliyyat nəticəsində Avropaya konteyner gəmisi vasitəsilə külli miqdarda narkotik maddələrin gətirilməsi ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib. Gəmidə təxminən beş ton kokain daşınırdı", – deyə RTP hüquq-mühafizə orqanlarının bəyanatına istinadən bildirib.

Latın Amerikası ölkələrindən birindən gələn gəminin Lissabondan təxminən 1185 kilometr aralıda aşkar edilərək saxlanıldığı bildirilir.