05 avqust 2026 23:26
85

Ermənistan hakimiyyəti 2032-ci ilədək hökumət proqramının müzakirəsinə başlayıb

Ermənistan hökuməti yaxın illərdə Nazirlər Kabinetinin əsas fəaliyyət istiqamətlərini müəyyən edəcək 2026–2031-ci illər üçün fəaliyyət proqramının müzakirəsinə başlayıb.

“İki sahil”in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, Baş nazir Nikol Paşinyan hökumətin 2026–2031-ci illər üçün fəaliyyət proqramının layihəsinə həsr olunmuş müşavirə keçirib.

Müşavirə zamanı sənədin əsas prioritetləri, müxtəlif sahələr üzrə gözlənilən göstəricilər və həyata keçirilməsi planlaşdırılan tədbirlər müzakirə olunub.

Müzakirələrdə dövlət qurumlarının rəhbərləri iştirak edərək proqram layihəsi ilə bağlı təklif və iradlarını təqdim ediblər.

Nikol Paşinyan proqramın qısa müddət ərzində təkmilləşdirilməsini tapşırıb. Sənəd hökumət tərəfindən təsdiqləndikdən sonra baxılması üçün Ermənistan Milli Məclisinə (parlamentə) təqdim olunacaq.