06 avqust 2026 13:31
154

"Spartak" onun transferini elan etdi

Albaniyalı hücumçu Mirlind Daku Moskva «Spartak»ı ilə müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki, bu barədə futbol klubunun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı forvardla 3 illik müqavilə bağlanıb. O, «Spartak»ın heyətində 19 nömrəli formada çıxış edəcək. Media vasitələrinin verdiyi məlumata görə, transfer məbləği 11 milyon avro təşkil edib.

Mirlind Daku 2023-cü ilin yayından etibarən Kazan «Rubin»inin şərəfini qoruyurdu. Rusiya Premyer Liqasında keçirdiyi 80 oyunda o, 37 qola imza atıb. 2024/25 mövsümündə 15 qolla Rusiya çempionatının ən yaxşı bombardirləri siyahısında ikinci yeri tutub.

Albaniya milli yığmasının heyətində 17 matça çıxan Daku 1 qolla yadda qalıb. O, həmçinin milli komanda ilə birgə 2024-cü il Avropa Çempionatının iştirakçısı olub.