“Sumqayıt” bu gün Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.
“İki sahil” xəbər verir ki, komanda Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.
Əvvəldən əldə olunmuş razılığa əsasən ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən matçda hesab açılmayıb (0:0)
Qeyd edək ki, "Sumqayıt" buna qədər keçirdiyi sınaq matçlarında "Qəbələ" (1:1) və "Kəpəz"lə (0:0) heç-heçə edib, "Şamaxı"ya 2:0 hesabı ilə qalib gəlib, "İmişli"yə 1:4 hesabı ilə uduzub.