Qarabağda rayonları birləşdirən iri yol layihələri ilə yanaşı, kənd yollarının da yenidən qurulması davam edir.
Bu barədə "İki sahil"ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, Xocavənd rayonunda Quzeyxırman və Sos kəndlərinin giriş yolları tikilir.
Yeni yollar kəndlərin nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və rahat gediş-gəlişin təmin olunmasına xidmət edir.
Bakı Limanında intermodal yük terminalının yaradılması ilə bağlı sənəd imzalanıb