29 avqust 2026 16:33
89

İtaliyada güclü qasırğa – 50-yə yaxın insan yaralanıb

İtaliyanın şimalındakı Kremona şəhərinə ötən gün baş verən qasırğa nəticəsində 43 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

“İki sahil” xəbər verir ki, ANSA agentliyinin məlumatına görə, bundan başqa qasırğanın özüylü gətirdiyi iri dolu yağışı 10 min avtomobilə ziyan vurub, yüzlərlə ağac kökündən qopub.

Şəhərin tarixi irsinə aid obyektlər də zərər görüb. Katedraldan əlavə, 10 kilsəyə müxtəlif dərəcəli ziyan dəyib. Şəhərin ən qədim sarayında yerləşən bələdiyyə binasının qülləsinin bir hissəsi uçub.

Səkkiz ailə evlərindən təxliyə edilib. Şəhər administrasiyası təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirləri müəyyənləşdirmək məqsədilə fövqəladə iclas keçirir.

Hazırda İtaliya iqlim baxımından iki hissəyə bölünüb: ölkənin şimalında güclü göy gurultulu leysanlar müşahidə olunur, cənubda isə temperatur normadan 12 dərəcə yüksək olmaqla Afrika istisi davam edir.