29 avqust 2026 16:40
78

Tokayev Təhlükəsizlik Şurasının strukturunda yeni dövlət orqanı təsis edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Qazaxıstan Respublikasının dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi tədbirləri haqqında" fərman imzalayıb.

“İki sahil” Akordaya istinadən xəbər verir ki, fərmana əsasən, Qazaxıstan Təhlükəsizlik Şurasının aparatı yaradılıb.

Yeni dövlət orqanı birbaşa ölkə prezidentinə tabedir və ona hesabat verir.