29 avqust 2026 15:42
84

Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir

“Brexit” Böyük Britaniyanın ixrac gəlirlərinin ildə 11,7 milyard funt sterlinq azalmasına səbəb olur.

“İki sahil” “The Independent”ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın ən böyük ticarət assosiasiyalarından biri “Logistics UK” məlumat yayıb. Açıqlanan yeni hesablamalara görə, 2019-cu illə müqayisədə ixrac gəlirlərindəki itki ölkədə hər ev təsərrüfatına ildə təxminən 400 funt sterlinqə bərabərdir.

Təşkilat Baş nazir Endi Börnhemi Avropa İttifaqı (Aİ) qaydaları ilə daha sıx uyğunlaşmaya nail olmağa çağırıb. Eyni zamanda, müxtəlif kampaniya qrupları Böyük Britaniyanın yenidən Aİ-nin vahid bazarına və gömrük ittifaqına qoşulması üçün hökumətə təzyiqləri artırır.

“European Movement UK” təşkilatının keçirdiyi yeni biznes sorğusunun nəticələrinə əsasən, şirkətlərin 72,8 faizi “Brexit”in onların fəaliyyətinə mənfi təsir göstərdiyini bildirib. Respondentlərin 96,4 faizi “Brexit”in yaşadıqları icmalara mənfi təsir etdiyini, 98,2 faizi isə Böyük Britaniyanın Aİ-nin vahid bazarına yenidən qoşulmasını istədiyini qeyd edib.