29 avqust 2026 19:00
85

Rusiyada dizel yanacağının ixracına tətbiq olunan qadağanın müddəti uzadılıb

Rusiya hökuməti dizel yanacağının ölkədən ixracına tətbiq edilən qadağanın müddətini sentyabrın 30-dək uzadıb.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, qərarın əsas məqsədi ölkənin daxili yanacaq bazarında sabitliyin qorunub saxlanılmasıdır.

Bununla yanaşı, Rusiyada yanacaq ixracına tətbiq edilən ümumi qadağa 2027-ci il yanvarın 31-dək qüvvədə olacaq.