29 avqust 2026 23:55
96

Missisipi ştatında baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb

ABŞ-nin Missisipi ştatında yerləşən Maqi şəhərinin şimal-şərqində atışma baş verib.

“İki sahil” WJTV-yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

"Maqi Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək odlu silahdan yaralanmış dörd nəfəri aşkarlayıblar. Xəsarət alan bir kişi sonradan xəstəxanada vəfat edib", - məlumatda bildirilirb.

Faktla bağlı araşdırma aparılır.