Türkiyə və Somali hərbçilərinin birgə əməliyyatı ilə daha əvvəl piratlar tərəfindən ələ keçirilmiş "MV Lutuf" gəmisi azad edilib.
“İki sahil” "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Somalinin Müdafiə Nazirliyi məlumat yayıb.
"Qüvvələrimizin davamlı təzyiqi altında qalan piratlar gəmini tərk etməyə məcbur oldular. Hərbçilər "MV Lutuf"un göyərtəsindəki vəziyyətə tam nəzarət edirlər. Gəmi hərəkətini bərpa edib", - qurumdan qeyd edilib.
Somalinin şimal rayonları yaxınlığında 10 gün davam edən əməliyyat zamanı dörd kater və 14 pirat məhv edilib. Hərbi qulluqçuların sıralarında itkilər barədə məlumat verilməyib.
Xatırladaq ki, avqustun 17-də Kamerun bayraqlı yük gəmisi Somalinin Puntlend ştatının Nuqal regionunda hücuma məruz qalıb. Onun göyərtəsində 10 nəfər olub: altı Hindistan, iki Serbiya və hərəsindən bir nəfər olmaqla, Türkiyə və Gürcüstan vətəndaşı.
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib