30 avqust 2026 17:10
84

Rusiya hücumu Kiyevdə qeyri-yaşayış binasında yanğına səbəb oldu — Kliçko

Rusiyanın pilotsuz təyyarəsinin hücumu Kiyevin Şevçenkivski rayonundakı qeyri-yaşayış binasında yanğına səbəb oldu.

İki sahil” “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Telegram”da məlumat verib.

"Şevçenkivski rayonundakı qeyri-yaşayış binasında yanğın baş verib. Təcili yardım xidmətləri hadisə yerindədir", - Kliçko deyib.

Bildirilib ki, 30 avqust səhəri Kiyevin Qoloseyevski rayonunda başqa bir Rusiya hücumu nəticəsində baş verən yanğın söndürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”