30 avqust 2026 19:19
101

Vuçiç: Dunay dəhlizi layihəsi Serbiyanın iqtisadi standartları baxımından həyati əhəmiyyət daşıyır

Dunay dəhlizi layihəsi Serbiyanın şərq hissəsinin iqtisadi standartlarının yüksəldilməsi baxımından həyati əhəmiyyət daşıyır.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç bu gün Dunay dəhlizinin yeni 28 kilometrlik hissəsinin açılış mərasimində çıxışında deyib.

O vurğulayıb ki, layihə milli maraqların həyata keçirilməsi, daxili turizmə güclü təkan verilməsi baxımından da həyati əhəmiyyət daşıyır.

Vuçiçin sözlərinə görə, layihənin ümumi uzunluğu 67,9 min kilometrdən çoxdur.

Onun sözlərinə görə, layihə çərçivəsində 62 qurğu, altı yol qovşağı və 16 dairəvi yolayrıcı inşa edilib və yol saatda 100 kilometr sürət üçün layihələndirilib: "Biz Serbiyanın şərqini ölkəmizin mərkəzi, Belqrad və E75 avtomagistralı ilə birləşdiririk. Dunay dəhlizini, yəni Pojarevats, Veliko Qradişte və Qolubatsı ölkəmizin qalan hissəsinə, eləcə də bütün Avropaya yaxınlaşdıran əsas nəqliyyat arteriyasını açırıq".

Serbiya Prezidenti əlavə edib ki, sabah saat 12:00-dan etibarən Dunay dəhlizinin iki yeni hissəsi tam şəkildə nəqliyyatın hərəkəti üçün açılacaq.

Beləliklə, bundan sonra Belqraddan Qolubatsa avtomobillə rahat şəkildə 1 saat 15 dəqiqə – 20 dəqiqəyə getmək mümkün olacaq.