Aşağı miqrasiya, doğum səviyyəsinin düşməsi və əhalinin qocalması 2100-cü ilə qədər İsveç sakinlərinin sayının 4 milyon nəfər azalmasına səbəb ola bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Lund Universitetinin milli iqtisadiyyat kafedrasının dosenti Osa Hanssonun rəhbərlik etdiyi ekspert qrupunun hökumətin sifarişi ilə hazırladığı məruzədə təqdim olunan ssenarilərdən birinə istinadla "Sveriges Radio" məlumat yayıb.
"Əhalinin azalmasının təsirini kontekstdən kənar nəzərdən keçirsək, bu, İsveç iqtisadiyyatı üçün kifayət qədər ciddi nəticələrə cavabdeh olacaq," — deyə Hansson "Sveriges Radio"ya müsahibəsində qeyd edib. - "Biz resursları yenidən yönəltməyə və daha çox diqqəti İsveçdəki gənclərin həyatını asanlaşdırmağa cəmləməyə çalışmalıyıq".
Japarov ABŞ-a viza tələblərinin sadələşdirilməsini nəzərdən keçirməyi təklif edib