İran ətrafındakı münaqişənin tənzimlənməsi üçün Vaşinqton və Tehran arasında əldə olunmuş anlaşma memorandumunun çərçivəsindən kənara çıxan həll yolları vacibdir.
“İki sahil” xəbər verir ki, bu fikri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin diplomatiya məsələləri üzrə müşaviri Ənvər Qarqaş "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün gərginliyin azaldılmasından və Hormuz boğazında normal gəmiçiliyin bərpasından başlayaraq, böhranın siyasi və iqtisadi aspektlərini nəzərə alan real və dayanıqlı siyasi həll yolları lazımdır. Bu, praktiki və qəbulolunan yol xəritəsini ehtiva etməyən anlaşma memorandumunun çərçivəsindən kənara çıxan daha realist yanaşmaya gətirib çıxaracaq", — deyə o, yazıb.
Japarov ABŞ-a viza tələblərinin sadələşdirilməsini nəzərdən keçirməyi təklif edib