31 avqust 2026 12:32
94

Japarov ABŞ-a viza tələblərinin sadələşdirilməsini nəzərdən keçirməyi təklif edib

Qırğızıstan prezidenti Sadır Japarov ABŞ-nin Cənubi və Mərkəzi Asiya işləri üzrə xüsusi nümayəndəsi Sercio Qor ilə görüşü zamanı Vaşinqtona respublika vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi məsələsinə baxmağı təklif edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Qırğızıstan liderinin mətbuat xidmətinin məlumatında bildirilir.

"Prezident Sadır Japarov ABŞ-yə səfər etmək istəyən Qırğız Respublikası vətəndaşlarına viza tələblərinin sadələşdirilməsi zərurətinə diqqət çəkib. Xüsusilə, Qırğızıstan vətəndaşları üçün viza prosedurlarının sadələşdirilməsi üzrə praktiki həll yollarının axtarılması, o cümlədən viza depoziti tələbi məsələsi və müvafiq məhdudiyyətlərə yenidən baxılması imkanları müzakirə olunub", — deyə məlumatda qeyd edilir.