İran hüquq-mühafizə orqanları Fars körfəzində akvatoriyaya qəsdən neft məhsulları axıdan quru yük gəmisini saxlayıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Hörmüzqan əyalətinin limanlar və gəmiçilik idarəsinin rəis müavini İsmayıl Makizadə məlumat verib.
"Bəndər-Abbas limanının lövbər dayanacağı ərazisində dənizə neft məhsullarının axıdılmasını əks etdirən şahid görüntülərinin dərc edilməsindən və bu pozuntu barədə siqnal daxil olduqdan sonra hadisə yerinə mütəxəssis və təmizləyici briqadalar göndərilib, pozuntuya yol verən gəmi saxlanılıb. Saxlanılan gəmi şəkər daşıyan quru yük gəmisidir. Maşın şöbəsindəki texniki nasazlıq səbəbindən gəmi işlənmiş yağ, süllə suları və sənaye şlamlarının qarışığını birbaşa dənizə axıdıb", — deyə o, IRNA agentliyinə müsahibəsində bildirib.
İranlı rəsmənin sözlərinə görə, çirklənmə bir neçə kiçik ləkəyə bölünsə də, təmizləyici komandalar onları lokalizasiya edə və tamamilə ləğv edə biliblər.
Daha əvvəl sosial şəbəkələrdə yaxınlıqdan keçən qayığın sərnişinləri tərəfindən çəkilmiş videoçarx yayılmışdı. Onlar gəmidən mühərrik yağının axıdılmasını lentə alaraq Fars körfəzinin çirklənməsindən təəssüfləndiklərini bildirmişdilər.
MKİ ilə bağlı şirkət Almaniya dron istehsalçısına ABŞ bazarına çıxmağa kömək edib
Japarov ABŞ-a viza tələblərinin sadələşdirilməsini nəzərdən keçirməyi təklif edib