31 avqust 2026 15:18
106

Pentaqon Heqsetin tərəfdarlarını gizlicə işə götürür?

Pentaqon rəhbəri Pit Heqsetin baxışlarının yayılmasına kömək etmələri üçün sosial şəbəkələrdə geniş izləyici kütləsi olan mühafizəkar istefada olan hərbçiləri mülki vəzifələrə gizlicə işə götürülürlər.

“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadla məlumat yayıb.

Mənbə təyin olunanlar arasında ABŞ ordusunun istefada olan polkovnikləri Tomas Anderson və Kurt Şlixteri, eləcə də Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Rob Manessi qeyd edir. Materialda vurğulanır ki, onlar ABŞ prezidenti Donald] Tramp administrasiyasını tənqid edənlərə hücum edirlər.

"Ən azı onların bəzilərinə mülki vəzifələr tapşırılıb ki, bu da siyasətdə dəyişikliklərə gətirib çıxara bilər", — deyə mənbələr bildirib.

WP qeyd edir ki, onlar "xüsusi hökumət qulluqçuları" və ya "yüksək ixtisaslı ekspertlər" kimi işə götürülürlər. Pentaqon qəzetin şərh sorğusuna cavab olaraq bu vəzifələr üçün əməkhaqlarının vergilərdən maliyyələşib-maliyyələşmədiyini, onlara hansı rolun həvalə edildiyini və hansı müddətə işə götürüldüklərini dəqiqləşdirməyib.