İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında supertankerin iki dəniz minasına düşərək partlaması barədə bəyanatı həqiqətə uyğun deyil.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.
Komandanlıqda vurğulanıb ki, Hörmüz boğazında belə insident baş verməyib. CENTCOM-un qiymətləndirməsinə görə, bu cür məlumatın yayılması SEPAH-ın dezinformasiya vasitəsilə növbəti dəfə regional ticarət gəmiçiliyində qorxu yaratmaq cəhdidir.
Daha əvvəl SEPAH-ın Hərbi Dəniz Qüvvələri bildirmişdi ki, İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən supertanker minaya düşərək partlayıb. Daha sonra gəmidə yanğın başlayıb.