02 sentyabr 2026 21:15
100

Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının adını "Tramp boğazı" olaraq dəyişdirməyi təklif edib.

“İki sahil” xəbər verir ki,  bu barədə o, "Truth Social"da yazıb. "İndi o, ABŞ-nin nəzarətində olduğuna görə, biz Hörmüz boğazının adını Tramp boğazı olaraq dəyişdirməməliyikmi???" - Tramp bildirib.

Xatırladaq ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələri Hörmüz boğazındakı İran obyektlərinə hava hücumu edib. İran isə ABŞ-nin Yaxın Şərqdəki bazalarına cavab zərbələri endirib.