02 sentyabr 2026 22:49
82

Dəstənin potensial qurbanları arasında Kilian Mbappe də olub

Fransanın hüquq-mühafizə orqanları İspaniyanın "Real" (Madrid) klubunun hücumçusu Kilian Mbappenin oğurlanması cəhdinin qarşısını alıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. Ölkə polisi ötən ilin aprelində bir saat ustasına hücum edən 18 yaşlı şəxsi saxlayıb. Araşdırma zamanı onun məşhurların oğurlanmasını planlaşdıran cinayətkar dəstə ilə əlaqəsi üzə çıxıb. Dəstənin potensial qurbanları arasında Kilian Mbappe də olub.

Fransalı forvard 2024-cü ilin yayından "Real"ın formasını geyinir. O, yeni mövsümdə keçirdiyi 3 oyunda 4 qol vurub.

Qeyd edək ki, "Real" İspaniya çempionatında 9 xalla ikinci pillədə qərarlaşıb. Madrid təmsilçisi sentyabrın 4-də La Liqanın IV turunda səfərdə "Betis"lə qarşılaşacaq.