03 sentyabr 2026 08:53
93

Moskva istiqamətində uçan 10 PUA məhv edilib

Moskva istiqamətində uçan 10 pilotsuz uçuş aparatı (PUA) Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin “MAX” sosial şəbəkəsindəki kanalında bildirib. “Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan 10 PUA-nı məhv edib. Təcili xidmətlərin əməkdaşları PUA qalıqlarının düşdüyü ərazilərdə işləyirlər”, - deyə mer diqqətə çatdırıb.