Rusiya qazının Monqolustan ərazisindən Çinə tədarükü layihəsi üç ölkə arasında əməkdaşlıqda yeni strateji imkanlar açır.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Monqolustan hökumətinin rəhbəri Nyam-Osorun Uçral Şərq İqtisadi Forumunun (ŞİF) plenar iclasındakı çıxışında bildirib.

"Rusiya qazının Monqolustan ərazisindən Çinə tədarükü layihəsi üç ölkə arasında əməkdaşlıqda yeni strateji imkanlar açır", — deyə baş nazir bildirib.
Rusiya prezidentinin 2025-ci ilin avqustunun sonu – sentyabrının əvvəlində Çinə səfəri nəticəsində RF və ÇXR "Sibir gücü – 2" qaz kəmərinin və Monqolustan ərazisindən keçən "Soyuz Vostok" tranzit qaz kəmərinin tikintisi haqqında hüquqi cəhətdən məcburi memorandum imzalayıblar.
Onun gücü ildə 50 milyard kubmetrədək qaz təşkil edə bilər.