03 sentyabr 2026 12:47
80

Yaponiya qırıcı-bombardmançı təyyarələrini yeni raketlərlə təchiz edəcək

Yaponiyanın Müdafiə Nazirliyi modernləşdirmədən sonra mənzili 1000 km-ə çatan uzaqvuran "Type-12" gəmiəleyhinə raketinin aviasiya versiyasını silahlanmaya qəbul etməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazirlik 2027-ci maliyyə ili üçün büdcə sorğusunda bu məqsədlər üçün 34,5 milyard yen (cari məzənnə ilə təxminən 215,23 milyon dollar) ayrılmasını xahiş edir.

Gözlənilir ki, ən azı 10 Yaponiya F-2 qırıcı-bombardmançı təyyarəsi bu cür silahları əldə edə biləcək. Yaponiyanın Müdafiə Nazirliyi 10 ədəd bu növdən olan texnikanın aviasiya "Type-12" raketlərinə uyğun modernləşdirilməsi üçün 12,8 milyard yen (cari məzənnə ilə təxminən 80 milyon dollar) ayrılmasını xahiş edir.

Ümumilikdə Yaponiyanın Müdafiə Nazirliyi 2027-ci maliyyə ili üçün 8,9 trilyon yen ($55,5 milyard dollar) məbləğində rekord büdcə ayrılmasını istəyir. Əlaqədar xərclər nəzərə alınmaqla Yaponiyanın müdafiə xərclərinin 10,6 trilyon yen ($66,12 milyard dollar) həddini keçəcəyi gözlənilir.