Cerciya Meloni tərəfindən idarə olunan hökumət İkinci Dünya Müharibəsindən bəri İtaliya tarixində hakimiyyətdə qalma müddətinə görə rekord vurub.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Sentyabrın 3-nə olan məlumata görə, hökumət 2022-ci ilin oktyabrından bəri kəsintisiz olaraq 1413 gündür ki, fəaliyyət göstərir. Buna qədər rekord 2001–2005-ci illərdə Silvio Berluskoninin hökumətinə məxsus idi. Xanım Meloni və onun sağ yönümlü "İtaliya Qardaşları" partiyası bu rekordu sentyabrın 4-də İtaliyanın cənubundakı Bari şəhərində mitinqlə qeyd etməyə hazırlaşır.
İtaliyada növbəti parlament seçkiləri ən geci 2027-ci ilin dekabrında keçiriləcək. "Associated Press" agentliyinin yazdığına görə, praqmatik siyasətçi olan Meloni keçmiş hökumətləri çökdürən böhranlardan yayınmağı bacarıb.